"Polşa Ukraynaya vəd etdiyi "Leopard 2" tanklarının ilk partiyasını çatdırıb".
Bizim.Media "UNİAN" a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal "Teleqram"da məlumat yayıb.
"Bir il əvvəl tanklar ukraynalıları azadlıqdan məhrum etmək üçün Ukraynaya girdi. Bu gün də Ukraynaya tanklar gəldi, ancaq azadlığını qorumaq üçün”, -deyə baş nazir yazıb.
O, həmçinin bildirib ki, Polşa hökumətinin başçısı ilə birlikdə artıq döyüş təcrübəsi olan Ukrayna tankçılarını da qarşılayıb.
“Prezidentin rəhbərliyi altında biz bütün Ukrayna ərazilərinə azadlığı qaytarmaq üçün tank koalisiyasını genişləndirməyə davam edirik”, - deyə o, yekunlaşdırıb.
Bizim.Media