Ərdoğan: “Mart ayında 200 min yaşayış binasının inşasına başlanacaq”

Ərdoğan: “Mart ayında 200 min yaşayış binasının inşasına başlanacaq”

Hazırda oxunan: Ərdoğan: “Mart ayında 200 min yaşayış binasının inşasına başlanacaq”

121796

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalı Qaziantəpin Nurdağı konteyner şəhərini ziyarət ediblər. 

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Prezidenti səfərdən sonra mətbuata açıqlamalar verib.  

O, mart ayında zəlzələdən zərər çəkənlər üçün binaların inşasına başlanılacağını bildirib: 

“Növbəti bir ayda 18 min 544-ü Qaziantəpdə olmaqla, 200 min yaşayış binasının tikintisi üçün işlərə başlayacağıq. 9 min 130 kənd evi tikib, zərərçəkənlərə təhvil verəcəyik. Qaziantəpin tarixi simasını və demoqrafik quruluşunu qoruyaraq şəhəri daha güclü şəkildə ayağa qaldıracağıq”. 
Ərdoğan bildirib ki, hazırda Qaziantəpdən 87 min vətəndaş digər vilayətlərə təxliyə edilib. 100 minə yaxın şəxs çadırlarda, 4500-ə yaxın sakin isə konteynerlərdə yerləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO