Moldovalı nazirdən İDDİA: “Rusiya Kişinyov hava limanına ordu yerləşdirmək istəyir”

Moldovalı nazirdən İDDİA: “Rusiya Kişinyov hava limanına ordu yerləşdirmək istəyir”

Hazırda oxunan: Moldovalı nazirdən İDDİA: “Rusiya Kişinyov hava limanına ordu yerləşdirmək istəyir”

121785

Rusiya Kişinyov hava limanını ələ keçirməyi və orada öz ordusunu yerləşdirməyi planlaşdırır.  

Bizim.Media xəbər verir ki, bunu Moldovanın yeni baş naziri Dorin Reçan ölkənin 1-ci kanalına müsahibəsində deyib. 

“Sabitliyin pozulmasının bir neçə ssenarisi var. Onlara bir neçə element daxildir, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərini sitat gətirərkən qeyd etdiyiniz elementlər”, - deyə Moldovanın baş naziri bildirib. 

Onun sözlərinə görə, Moldova hakimiyyəti bu cür çağırışlarla üzləşməyə hazırdır. O vurğulayıb ki, məqsədi ölkədə əmin-amanlığı və sabitliyi təmin etməkdir:

"Moldova Dnestryanı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və biz sülh və təhlükəsizlik məqsədlərimizlə razılaşmalıyıq”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO