Ərdoğan AÇIQLADI: Türkiyədə zəlzələdən dağılmış şəhərlərdə binalar 4 mərtəbəli tikiləcək

Ərdoğan AÇIQLADI: Türkiyədə zəlzələdən dağılmış şəhərlərdə binalar 4 mərtəbəli tikiləcək

Hazırda oxunan: Ərdoğan AÇIQLADI: Türkiyədə zəlzələdən dağılmış şəhərlərdə binalar 4 mərtəbəli tikiləcək

121578

"Biz bütün dağılmış şəhərlərimizi yenidən quracağıq". 

Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda keçirdiyi brifinq zamanı bildirib. 

"Heç bir vətəndaşımızı tək qoymayacağıq. Torpağın keyfiyyətinə baxaraq yeni evlər tikəcəyik. Biz bütün şəhərlərimizi yaşayış yerləri, iş yerləri, sənayesi, kənd təsərrüfatı, tarixi və mədəni dəyərləri ilə bərpa edəcəyik". 

Onun sözlərinə görə, zəlzələ bölgəsində bütün yaşayış evləri sıfırdan maksimum 4 mərtəbəli tikiləcək. 

Ərdoğan qeyd edib ki, 1 milyon 684 min vətəndaşın yaşayış ehtiyacı ödənilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO