“Mavi işarə”ni ödənişlə əldə etmək mümkün olacaq – Zukerberq AÇIQLADI

“Mavi işarə”ni ödənişlə əldə etmək mümkün olacaq – Zukerberq AÇIQLADI

Hazırda oxunan: “Mavi işarə”ni ödənişlə əldə etmək mümkün olacaq – Zukerberq AÇIQLADI

121450

Facebook və Instagram-ın ana şirkəti olan Meta açıqlayıb ki, bazar günü istifadəçilərə və biznesmenlərə hesablarını “mavi işarə” ilə təsdiqləməyə imkan verən ödənişli abunə proqramı istifadəyə veriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Facebook-un baş direktoru Mark Zukerberq yazıb.

Onun sözlərinə görə, “Meta Verified” adlanan yeni yoxlama sistemi internetdə ayda 11,99 dollara və ya iPhone istifadəçiləri üçün ayda 14,99 dollara başa gələcək.

Bu açıqlama Tesla-nın qurucusu və Twitter-in sahibi milyarder İlon Maskın keçən il şirkəti təhvil aldıqdan sonra Twitter Blue kimi tanınan ödənişli yoxlama sistemi yaratmasından sonra ortaya çıxıb.

Twitter, həmçinin cümə günü elan edib ki, Twitter Blue-a abunə olmayan istifadəçilər tezliklə öz hesablarını qorumaq üçün iki faktorlu autentifikasiya üsulu kimi mətn mesajlarından imtina edəcəklər və bunun əvəzinə digər yoxlama üsullarından istifadə edəcəklər.

Zukerberqin sözlərinə görə, abunə xidməti istifadəçilərin hesablarını dövlət identifikatoru ilə yoxlayaraq Meta xidmətlərində həqiqiliyi və təhlükəsizliyi artıracaq. O, qeyd edib ki. bu, təqlidçilərə qarşı əlavə qorunma yaradacaq və abunəçilər birbaşa müştəri dəstəyinə çıxış əldə edəcəklər.
Yeni məhsul bu həftədən etibarən Avstraliya və Yeni Zelandiyada satışa çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO