Fransada 216 min uşağı keşişlər cinsi istismara məruz qoyub - 1950-ci ildən bəri 

Fransada 216 min uşağı keşişlər cinsi istismara məruz qoyub - 1950-ci ildən bəri 

Hazırda oxunan: Fransada 216 min uşağı keşişlər cinsi istismara məruz qoyub - 1950-ci ildən bəri 

121399

Fransada 1950-ci ildən bəri təxminən 216 min uşaq katolik kilsəsinin əməkdaşları tərəfindən cinsi zorakılığın qurbanı olub.

Bizim.Media xəbər verir ki, bunu CIASE kilsəsində cinsi zorakılıq üzrə müstəqil Fransa komissiyasının araşdırmasının nəticələri sübut edir.

CIASE prezidenti Jan-Mark Sov deyib ki, istintaq təxminən 2,5 ildir davam edir.

Araşdırmanın nəticələrinə görə, son 73 ildə 216 minə yaxın uşaq kilsə xadimlərinin qurbanı olub.

Qurbanların təxminən 60 faizi bu hadisənin sonrakı şəxsi həyatına ciddi təsir etdiyini bildirib.

Onun sözlərinə görə, kilsə sui-istifadənin qarşısını almaq üçün lazım olanı etməyib. O, kilsəni bu məsələdə daha məsuliyyətli olmağa çağırıb.

Sov vurğulayıb ki, təkcə Fransada 1950-ci ildən bəri işləyən keşişlər və ya digər ruhanilər arasında 2900-3200 pedofil aşkar edilib.

Fransa cəmiyyətində 5,5 milyona yaxın insan uşaqlıqda cinsi istismara məruz qaldıqlarından şikayətlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO