Rusiya ordusu Xerson vilayətinə raket atdı - Ölən və yaralananlar var - FOTO

Rusiya ordusu Xerson vilayətinə raket atdı - Ölən və yaralananlar var - FOTO

Hazırda oxunan: Rusiya ordusu Xerson vilayətinə raket atdı - Ölən və yaralananlar var - FOTO

121361

Bu gün rus hərbçiləri Xerson vilayətini atəşə tutub. Nəticədə 3 nəfər həlak olub. Bundan başqa, iki uşaq da yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Telegram kanalı Xerson vilayətinin rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.

Mənbə qeyd edir ki, Rusiya Silahlı Qüvvələri Berislav rayonunun Burqunka kəndini atəşə tutub, mərmi həyətə düşüb. Atəş zamanı evdə bir ailə olub: üç böyük və iki uşaq.
Zərbə nəticəsində 3 nəfər - ana, ata və əmi ölüb. 13 yaşlı uşaq xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həmin kənddə 8 yaşlı uşaq Rusiya atəşi nəticəsində yaralanıb. Onun vəziyyəti stabildir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO