Türk Silahlı Qüvvələrinin dəstəyi ilə həyata keçirilən əməliyyat nəticəsində Suriyanın Hələb bölgəsinin Aziz rayonunda 29 PYD/PKK terrorçusu öldürülüb.
Moderator.az türk mediasına istinadən xəbər verir ki, bu barədə məlumat verən Azad Suriya ordusunun Azizdəki Türkmən komandirlərindən biri olan Zəkəriyə Karslının dediyinə görə, Türk Silahlı Qüvvələrinin PYD/PKK mövqelərinə endirdiyi artileriya atəşi ilə müşaiyət olunan, eyni zamanda Azad Suriya ordusunun hücum əməliyyatı nəticəsində 29 PYD terrorçusu öldürülüb, xeyli sayda isə yaralananlar olub.
Hərbi əməliyyatlar nəticəsində Aziz rayonunun Minniğ kəndi yaxınlığında PYD qüvvələrinə güclü zərbə endirilməsi nəticəsində terrorçular mövqelərindən geri çəkilmək zorunda qalıb. Nəticədə terroçular Minniğdə 10, Maranas kəndi yaxınlığında 12, Meryemin kəndi ərazisində 7 döyüşçünü itirib. Bundan əlavə xeyli sayda yaralananlar var. Türk Silahlı Qüvvələrinin fevralın 14-də səhər saatlarından PYD mövqelərinə qarşı başlatdığı artileriya atəşləri davam etməkdədir. Artıq PYD döyüşçüləri bölgəni tərk etməyə başlayıb.






























































































