Xilasedicilərimiz Kahramanmaraşda dağıntılardan 53 nəfəri sağ çıxarıb – FOTO/VİDEO

Xilasedicilərimiz Kahramanmaraşda dağıntılardan 53 nəfəri sağ çıxarıb – FOTO/VİDEO

Hazırda oxunan: Xilasedicilərimiz Kahramanmaraşda dağıntılardan 53 nəfəri sağ çıxarıb – FOTO/VİDEO

120734

Xilasedicilərimiz Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin isə cəsədini çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO