Ukrayna fevralın 23-24-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçiriləcək qış sessiyasında iştirakdan imtina edə bilər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk ATƏT PA-nın prezidenti Marqarete Sederfeltə məktubunda bildirib.
Məktubda qeyd olunur ki, Ukrayna tərəfinə Avstriya rəsmi qurumlarının Rusiya nümayəndə heyəti üçün viza verməyə hazır olduğu və rusiyalı parlamentarilərin beynəlxalq tədbirdə iştirak edəcəyinə dair məlumat daxil olub.
Qış sessiyasının məhz Ukraynaya qarşı müharibənin başlamasının ildönümünə təsadüf etdiyi və rusiyalı parlamentarilərin həmin müharibəni dəstəklədiyi də diqqətə çatdırılıb.
Daha sonra bildirilib ki, Rusiya tərəfi beynəlxalq tədbirdən Ukraynaya qarşı təcavüzün hüquqi əsaslandırılması və bu ölkəyə qarşı törədilmiş müharibə cinayətlərini ört-basdır edilməsi üçün sui-istifadə edəcəklər. Bu isə ATƏT PA-nın nüfuzu və onun tutduğu mövqeyə ağır zərbə vuracaq. Məhz buna görə də Rusiya nümayəndə heyətinin qış sessiyasında iştirak edəcəyi təqdirdə Ukrayna tərəfi iştirakdan imtina etmək barədə düşünəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:30 / 15.02.2023
Ukrayna ATƏT-in qış sessiyasında iştirak etməyə bilər
Hazırda oxunan: Ukrayna ATƏT-in qış sessiyasında iştirak etməyə bilər
Hazırda oxunan: Ukrayna ATƏT-in qış sessiyasında iştirak etməyə bilər
120693
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.