Dövlət Dumasının 15 deputatında koronavirus tapıldı – Putinlə görüşdən əvvəl

Dövlət Dumasının 15 deputatında koronavirus tapıldı – Putinlə görüşdən əvvəl

Hazırda oxunan: Dövlət Dumasının 15 deputatında koronavirus tapıldı – Putinlə görüşdən əvvəl

120609

Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciəti ərəfəsində parlamentin aşağı palatasında (Dövlət Duması) deputatların koronavirusa görə ilk sınaqları keçirilib. 

Bizim.Media gazeta.ru saytına istinadən xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında Kommunist Partiyası fraksiyasından olan Dövlət Dumasının deputatı Dmitri Parfyonov yazıb.

Onun sözlərinə görə, Dövlət Dumasının 370 deputatından 15-də test müsbət çıxıb.

Parfyonov daha əvvəl demişdi ki, parlamentarilər yaxın günlərdə COVID-19 üçün üç testdən keçməlidirlər. Testlər Rusiya prezidenti Vladimir Putinin Federal Məclisdə çıxışından əvvəl həyata keçirilib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Federal Məclisdə  çıxışının vaxtını açıqlamışdı. Bu, fevralın 21-də “Qostiniy Dvor”da baş tutacaq. 

Kreml sözçüsünün sözlərinə görə, dövlət başçısı çıxışı zamanı diqqətini mövcud vəziyyətə - xüsusi əməliyyat, iqtisadiyyat və sosial sahəyə yönəldəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO