Koronavirusdan sonra ağciyərdə yaranan fibrotik dəyişikliklər ömür boyu qala bilər.
Almaniyada fəaliyyət göstərən azərbaycanlı uzman həkim, ağciyər xətəlikləri və süni tənəffüs təbabəti üzrə mütəxəssis Elvin Hüseynov Bizim.Media-ya koronavirusun hələ də səbəbi qaranlıq qalan fəsadlarından danışıb.
Bildirib ki, koronavirusdan sonra ağciyər və tənəffüs orqanlarında davam edən əsas problen tənginəfəslik və quru öskürəkdir:
“Quru öskürək və tənginəfəslik bütün insanlarda baş vermir. Nəyə görə bəzi insanlarda bu halın davam etdiyi, digərlərində isə heç bir əlamətin qalmadığı tam olaraq məlum deyil. Ümumiyyətlə, 3 aydan artıq davam edən bütün covid-19-a bağlı sindromlara postkovid sindiromu deyilir. Şəxsi təcrübəmdə tənginəfəsliyin, quru öskürəyin, ümumi halsızlıq, yorğunluq, yuxu və yaddaş pozğunluğunun, əzələ ağrıları və s. kimi əlamətlərin qaldığını görmüşəm. Amma bütün bu problemlərin müalicəsi istiqamətində hələ ki, elə bir irəliləyiş əldə olunmayıb. Bu da ona görədir ki, bu problemlərin nədən yarandığı tam aydınlaşdırılmayıb”.
Həkim bildirib ki, koronavirusun zədələdiyi əsas orqanlardan biri olan ağciyərdə də ömürboyu qalan fəsadlar yaranır:
“Ağciyərdə koronavirusdan sonra fibrotik dəyişikliklər də ola bilər ki, bu da qalıcıdır. Zədələnmə nəticəsində baş verən bu dəyişiklik ömür boyu qalır. İddia olunur ki, bu dəyişikliklər koronavirusların özünün orqanları zədələməsi ilə bağlıdır, digər tərəfdən isə immun cavab nəticəsində müəyyən autoimmun proseslərin aktivləşməsi ilə əlaqədardır. Əsasən də sinir sistemində. İndiyə qədər olan nəticələr göstərir ki, bəzi insanlarda baş verən fəsadlar müəyyən müddət sonra yox olub getsə də, bir qisim insanda xroniki şəkildə davam edir. Koronavirusun fəsadlarının tam aydınlaşdırılması üçün 10-15 il vaxt lazım olacaq. Ona görə də hələ ki, bu dəyişkiliklərin nə zaman keçəcəyi qaranlıq qalır”.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Dünya
17:55 / 15.02.2023
Koronavirusun fəsadları hələ 10-15 il sonra ÜZƏ ÇIXACAQ – Ekspertdən QORXULU PROQNOZ
Hazırda oxunan: Koronavirusun fəsadları hələ 10-15 il sonra ÜZƏ ÇIXACAQ – Ekspertdən QORXULU PROQNOZ
Hazırda oxunan: Koronavirusun fəsadları hələ 10-15 il sonra ÜZƏ ÇIXACAQ – Ekspertdən QORXULU PROQNOZ
120607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.