“Terror təşkilatından mərhəmət gözləyən, vicdan gözləyən vicdansızdır. Terror təşkilatından əxlaq gözləyən axmaqdır. Terror təşkilatından hüquq gözləyən və terror təşkilatından “görəsən, bundan nəsə çıxarmı” deyə ona söykənən xain oğlu xaindir! Bu qədər sadə!”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu söyləyib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ PKK-ya külli miqdarda silah göndərdi
“Dövlətlə terror təşkilatını tərəzənin eyni gözünə qoymağa çalışırlar. PKK 1984-cü ildən indiyədək 6 021 nəfər mülki vətəndaşımızı öldürüb”, - nazir vurğulayıb.
Bizim.Media