Xilasedicilərimiz Kahramanmaraşda 53 nəfəri dağıntılardan sağ ÇIXARIB - FOTO/VİDEO

Xilasedicilərimiz Kahramanmaraşda 53 nəfəri dağıntılardan sağ ÇIXARIB - FOTO/VİDEO

Hazırda oxunan: Xilasedicilərimiz Kahramanmaraşda 53 nəfəri dağıntılardan sağ ÇIXARIB - FOTO/VİDEO

120523

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Kahramanmaraşda 53 nəfəri dağıntılardan sağ çıxarıb. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan FHN-nin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO