Könüllü həkimlərimiz səhra hospitalına ilk xəstəni qəbul edib – FOTO/VİDEO 

Könüllü həkimlərimiz səhra hospitalına ilk xəstəni qəbul edib – FOTO/VİDEO 

Hazırda oxunan: Könüllü həkimlərimiz səhra hospitalına ilk xəstəni qəbul edib – FOTO/VİDEO 

120481

Xəbər verdiyimiz kimi Türkiyədəki ağır zəlzələdən zərəçəkmiş şəxslərə Azərbaycanın qardaş dəstəyi hələ də davam etməkdədir. Təkcə siravi vətəndaşlarımız deyil, həkimlərimiz də könüllü şəkildə yaralananların müalicəsi üçün Türkiyəyə yollanıblar. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə Kahramanmaraş şəhərində mobil səhra hospitalı qurub.  

AKHA-dan bildirilib ki, artıq hospitalın ilk xəstəsi qəbul edilib. 

Qeyd edək ki, hospitalın tərkibində tibbi anbar, ambulator şöbə, 4 çarpayılıq intensive şöbə, 6 çarpayılıq palata, 4 çarpayılıq reanemasiya şöbəsi, 2 cərrahi masalı cərrahi blok təchiz edilib. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO