Kahramanmaraşdakı xilasedicilərimizə xüsusi tapşırıqlar verildi – FOTO

Kahramanmaraşdakı xilasedicilərimizə xüsusi tapşırıqlar verildi – FOTO

Hazırda oxunan: Kahramanmaraşdakı xilasedicilərimizə xüsusi tapşırıqlar verildi – FOTO

120375

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantı keçirilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, toplantı Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə keçirilib.

Toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib.

Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ, 655 nəfərin isə meyitini çıxararaq təhvil veriblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO