Tehranda əlilliyi olan şəxslərdən etiraz AKSİYASI - VİDEO 

Tehranda əlilliyi olan şəxslərdən etiraz AKSİYASI - VİDEO 

Hazırda oxunan: Tehranda əlilliyi olan şəxslərdən etiraz AKSİYASI - VİDEO 

120224

İranın paytaxtı Tehranda əlilliyi olan şəxslər etiraz aksiyası keçirib. 

Bizim.Media xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb. 

Bildirilib ki, fevralın 13-də birinci dərəcəli əlilliyi müəyyən edilmiş şəxslər ağır yaşayış şəraitinə, onların bərpasına ayrılmış büdcənin verilməməsinə və bu sosial təbəqədən olan vətəndaşların problemlərinə hökumətin laqeyd munasibətinə etiraz ediblər. 

Aksiya iştirakçıları İranın Dövlət Proqram və Büdcə Təşkilatının binası önünə toplaşıb. 
 
Məlumata görə, Tehran Rabitə İdarəsinin təqaüdçüləri də etiraz aksiyası keçirib. Fevralın 13-də Tehran Rabitə İdarəsinin bir qrup təqaüdçüsünün tələblərinə məhəl qoyulmamasına etiraz olaraq Rabitə Nazirliyinin binası önünə toplaşıblar.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO