13 yaşlı qız 160 saatdan çox dağıntılar altında qalıb.
Bizim.Media "TRT Haber" ə istinadən xəbər verir ki, onun tapılması üçün 30 saat qazıntı işi aparılıb.
Xilasetmə tədbirlərindən sonra 13 yaşlı qızcığaz həkimlərə təhvil verilib. İndi onun həyatı və sağlamlığı üçün mübarizə aparılır.
Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələdən sonra 29605 nəfər ölüb. 147 934 nəfər isə yaralanıb.
Bizim.Media