Türkiyədə daha bir tikinti rəhbəri HƏBS OLUNDU 

Türkiyədə daha bir tikinti rəhbəri HƏBS OLUNDU 

Hazırda oxunan: Türkiyədə daha bir tikinti rəhbəri HƏBS OLUNDU 

120091

Gaziantepdə güclü zəlzələ nəticəsində dağılan “Emre Apartmanı”nın tikinti şefi Nazmi Tosun İstanbulda həbs olundu. 

Bizim.Media xəbər verir ki, N.Tosunun tikinti prosesində yol verdiyi qanunsuzluqlara görə saxlanıldığı bildirilir. 

Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələdən sonra 29605 nəfər ölüb. 147 934 nəfər isə yaralanıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. 

Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Türkiyədə bir həftəlik matəm elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO