Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer Hüseyn Həsənov yardım üçün Dubaydan Türkiyədə zəlzələ baş verən bölgələrinə yollanıb.
Bizim.Media xəbər verir ki, bloqer Adana şəhərində zərərçəkənlərə yardımlar paylayıb, eyni zamanda sosial şəbəkə hesabı vasitəsi ilə izləyicilərinə səslənərək Türkiyə və Suriya üçün köməklik istəyib.
Bununla yanaşı Həsənov paylaşımında "Hoteldə yatmağın təhlükəli olduğu heç vaxt ağlıma gəlməzdi" şərhi ilə diqqətləri üzərinə cəmləyib.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.
Rəşad Əliyev, Bizim.Media