Yaxın 5 ildə planetdə zəlzələlərin sayı artacaq - Rusiya Elmlər Akademiyası

Yaxın 5 ildə planetdə zəlzələlərin sayı artacaq - Rusiya Elmlər Akademiyası

Hazırda oxunan: Yaxın 5 ildə planetdə zəlzələlərin sayı artacaq - Rusiya Elmlər Akademiyası

120001

Yaxın beş ildə Yer kürəsində seysmik aktivliyin artması gözlənilir. Bu da zəlzələlərin sayının artmasına səbəb olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin direktoru, texnika elmləri doktoru Yuri Vinoqradov məlumat verib.

Ekspertin sözlərinə görə, 9 bal gücündə yeraltı təkanlar orta hesabla 5-7 ildə bir, 8 bal gücündə isə ildə iki-üç dəfə baş verir.

Vinoqradov qeyd edib ki, dünyada seysmik zonalar məlumdur, ona görə də təbii fəlakətlərə həmişə hazır olmaq lazımdır. 

“Biz bilirik ki, Rusiyada yaxın gələcəkdə zəlzələ olacaq. Əsas zonalar Kamçatka, Kuril adaları, Saxalin, Baykal, Altay-Sayan diyarı və Qafqazdır. Bunlar zəlzələlərin baş verdiyi ən əsas zonalardır. Xeyli vaxtdır ki, bu ərazilərdə zəlzələ olmayıb. Bu isə o deməkdir ki, yaxın gələcəkdə nəsə baş verəcək”, - deyə Vinoqradov yekunlaşdırıb.

Xatırladaq ki, Türkiyə və Suriyanın bir sıra bölgələrində 7,5 bal gücündə zəlzələ baş verib. Qurbanların sayı 20 min nəfəri keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO