Türkiyədə qadını təhdid edən azərbaycanlı həbs olundu - FOTO

Türkiyədə qadını təhdid edən azərbaycanlı həbs olundu - FOTO

Hazırda oxunan: Türkiyədə qadını təhdid edən azərbaycanlı həbs olundu - FOTO

11990

Türkiyədə sosial mediada Həcər adlı qadını ölümlə təhdid edən Azərbaycan vətəndaşı Samir B. həbs olunub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin sosial media seqmentində Azərbaycan vətəndaşı Samir B. adlı şəxs canlı yayım edərək Həcər adlı qadını ölümlə hədələyib.

“Onu tapıb yandıracağam. Sonu Özgecan kimi olacaq” deyə o hədə-qorxu gəlib.

Video sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra Kiber Cinayətlərə Qarşı Mübarizə İdarəsinin Virtual Patrul qrupları faktla bağlı əməliyyat başladıb.

İstanbulun Fatih rayonunda tutularaq nəzarətə alınan şübhəli ilk öncə polisə, daha sonra məhkəməyə gətirilib.

O, məhkəmə tərəfindən “silahla təhdid” ittihamı ilə həbs olunaraq həbsxanaya göndərilib.

Xatırladaq ki, Çağ Universitetinin 20 yaşlı tələbəsi Özgəcan Aslan 2015-ci ilin fevralın 11-də dərsdən evə qayıdarkən Mersin şəhərində marşrut sürücüsü tərəfindən təcavüzə uğrayaraq vəhşicəsinə qətlə yetirilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO