Blinken Fransa XİN rəhbəri ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə ETDİ

Blinken Fransa XİN rəhbəri ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə ETDİ

Hazırda oxunan: Blinken Fransa XİN rəhbəri ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə ETDİ

119658

Fransa xarici işlər naziri Katerine Kolonna və ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Braziliyada səfərdə olan Fransa xarici işlər naziri fevralın 9-da amerikalı həmkarı ilə telefon əlaqəsi saxlayıb.
Diplomatlar Laçın yolundakı vəziyyəti də müzakirə ediblər.

Telefon danışığı zamanı Ukraynaya dəstək və İranın nüvə proqramına dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO