XİN: Türkiyəyə 855 min manat maddi yardım edilib

XİN: Türkiyəyə 855 min manat maddi yardım edilib

Hazırda oxunan: XİN: Türkiyəyə 855 min manat maddi yardım edilib

119543

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 6-9-da baş vermiş dəhşətli zəlzələdən sonra qardaş Türkiyəyə göndərilən humanitar yardım barədə statistik rəqəmləri açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin rəsmi “Twitter” hesabında paylaşım edilib. 

Qeyd edilib ki, zəlzələ baş verən gündən Türkiyəyə 745 nəfərlik tibbi və xilasedici heyət yola düşüb. 

Bununla yanaşı, 1 mobil səhra hospitalı, 479 ədəd çadır, 4 ədəd səhra mətbəxi, 5 generator, 14 380 ədəd zəruri ləvazimatlar, 32 480 isti geyim, 3 min bağlamadan ibarət qida məhsulları qardaş ölkəyə yola salınıb. Türkiyəyə 211 709 ədəd dərman və tibbi ləvazimatlar göndərilib. 

Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb. 

Statistik rəqəmlərə görə isə 855 min manatlıq maddi yardım edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO