Azərbaycan yazıçılarının əsərlərini tərcümə edən türkiyəli gənc zəlzələdə öldü

Azərbaycan yazıçılarının əsərlərini tərcümə edən türkiyəli gənc zəlzələdə öldü

Hazırda oxunan: Azərbaycan yazıçılarının əsərlərini tərcümə edən türkiyəli gənc zəlzələdə öldü

119404

Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıran gənc tərcüməçi Abdulkadir Özkan Kahramanmaraşda baş verən zəlzələdə həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, zəlzələ tərcüməçinin ailə üzvlərinin də (valideynləri və bacısı) həyatına son qoyub:

“Abdulkadir Özkan Azərbaycan ədəbiyyatının ən yaxın dostu kimi xatirələrdə yaşayacaq”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 873 nəfər həyatını itirib, 62 937 şəxs xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO