Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına cəlb edilib.
Bizim.Media xəbər verir ki, onlardan 41 nəfəri tibbi personaldır.
Həmin şəxslərin bir qrupu Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.
Qeyd edək ki, indiyədək Azərbaycan FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfər sağ, 29 nəfərin isə meyiti çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 7108-ə yüksəlib. Yararlıların sayı isə 40910-a çatıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:12 / 08.02.2023
FHN-in 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarını aradan qaldırır
Hazırda oxunan: FHN-in 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarını aradan qaldırır
Hazırda oxunan: FHN-in 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarını aradan qaldırır
119187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.