ÜST-dən açıqlama: “2019-cu ilin oktyabrında Çində koronavirusun 13 növü olub”

ÜST-dən açıqlama: “2019-cu ilin oktyabrında Çində koronavirusun 13 növü olub”

Hazırda oxunan: ÜST-dən açıqlama: “2019-cu ilin oktyabrında Çində koronavirusun 13 növü olub”

11913

Çinin Uhan şəhərində ilk dəfə pandemiyanın qeydə alındığı 2019-cu il tarixinə qədər azı min nəfər koronavirusun 13 fərqli növünə yoluxub.

Bizim.Media CNN-ə istinadla xəbər verir ki, bu barədə Umumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspert qrupunun rəhbəri Peter Ben Embarek açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

ÜST koronavirusun Uhana necə daxil ola biləcəyini izah etdi


Onun sözlərinə görə, Çin təşkilatın mütəxəssislərinə 2019-cu ilin dekabrında Uhan şəhərində qeydə alınan cəmi 174 infeksiya hadisəsi barədə məlumat verib.

“Hələ hesablamalar aparmamışıq. Təxminlərə əsasən deyə bilərik ki, ümumilikdə yoluxmuşların yalnız 15%-i xəstəliyin ağır formasından əziyyət çəkib və insanların böyük əksəriyyəti bu xəstəliyi yüngül keçirib”, - deyə ÜST nümayəndəsi bildirib.

Embarek bildirib ki, Uhan nümunələrindəki virusu araşdırdıqdan sonra, 2019-cu ilin dekabr ayına qədər şəhərdə azı 13 fərqli koronavirus mutasiyasının olduğunu aşkarlayıblar.

Mütəxəssisi sözlərinə gör, onlardan bəziləri həqiqətən yerli bazarlardan yayılmağa başlayıb, bəzilərinin isə onlarla heç bir əlaqəsi yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO