Pakistanda PARTLAYIŞ: Ölən və yaralananlar VAR

Pakistanda PARTLAYIŞ: Ölən və yaralananlar VAR

Hazırda oxunan: Pakistanda PARTLAYIŞ: Ölən və yaralananlar VAR

118762

Pakistanın cənub-qərbində, Kvetta şəhərində nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, 13 nəfər yaralanıb. 

Bizim.Media “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Məhəmməd Xan bildirib. 

Məlumata görə, Pakistanın Bəlucistan əyalətinin cənub-qərbində yerləşən Musa Xan nəzarət-buraxılış məntəqəsində hərbçilərin avtomobilində törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, əksəriyyəti mülki sakin olmaqla 13 nəfər yaralanıb. 
Terrorun məsuliyyətini “Təhrik-e-Taliban Pakistan” üzərinə götürüb.

Hadisəni terrorçu-kamikadzenin törətdiyi bildirilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO