Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ nəticəsində dağılmış evin dağıntıları altından Gülşən və Jalə Cəfərova bacıları xilas edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı sosial şəbəkədə jurnalist Nigar Ögeday yazıb.
Bacılar Kahramanmaraş Sütçü İmam Universitetinin tələbələridir.
Eyni zamanda jurnalist qeyd edib ki, onların mobil telefonları dağıntılar altında qaldığı üçün hələ də onlarla əlaqə saxlaya bilməyib.
Bacıların hansı xəstəxanaya aparıldığı hələ müəyyən edilməyib. Onlarla birlikdə xilas edilən həmyerlilərimizdən birinin verdiyi məlumata görə, vəziyyətləri orta-ağırdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:52 / 06.02.2023
Türkiyədə qalıqlar altından 2 azərbaycanlı bacı XİLAS EDİLDİ
Hazırda oxunan: Türkiyədə qalıqlar altından 2 azərbaycanlı bacı XİLAS EDİLDİ
Hazırda oxunan: Türkiyədə qalıqlar altından 2 azərbaycanlı bacı XİLAS EDİLDİ
118736
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.