Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu sosial şəbəkə üzərindən sərt mesaj verib:
“Əgər biz Murat Karayılanı tutub min parçaya bölməsək, qoy bu millət və şəhidlərimiz üzümüzə tüppürsün”.
Bizim.Media Hürriyət qəzetinə istinadən xəbə verir ki, nazir daha sonra “verdiyimiz şəhidlərə, sivil insanlara rəğmən hələ də terroru və PKK-nı müdafiə edən şərəfsizlər var”, fikrini davam etdirib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə dəhşətli terror - Mehmetçik əməliyyata başladı
“Bunların hamısının cavabı veriləcək, bu millət adına, şəhidlərimizin ruhuna and içirik”.
Xatırladaq ki, PKK-nın törətdiyi terror aktı nəticəsində Türkiyənin 13 mülki vətəndaşı şəhid olub.
Bundan əlavə, Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbçi isə yaralanıb.
Bizim.Media