Xüms vilayətinin 6 bölgəsində 50 mindən artıq türkman aclıqdan ölə bilər.
xa0
Son 5 il ərzində türkmanların bir qismi Livan düşərgələrinə gedə bilsə də, əhalinin əksəriyyəti hökumət qüvvələri ilə terrorçular arasında gedən qarşıdurmaların ortasında yaşamaq məcburiyyətindədir.
xa0
Ötən ilin sentyabrından başlayan Rusiya hücumları türkmanların vəziyyətini bir qədər də çətinləşdirib. Region həkim, dərman və xəstəxana imkanlarından məhrumdur. Ayrıca, kəndlərdəki qida anbarları çoxdan tükənib. Aclıq və susuzluğun davam etdiyi bölgədə yolxucu xəstəliklər yayılmaqdadır.
xa0
Xümsdə yaşayan türkmanlar hökumətin onlardan ərazidən çıxmağı tələb etdiyini deyir.
xa0
“Suriyanı tərk edin, mühasirəni dayandıraq”x9d, - deyən rejim qüvvələri türkman bölgələrinə şiə və nüseyrilərin yerləşdiriləcəyini bildirib.


























































































