Türkiyə ölkəyə gələnləri koronavirusa görə sığortalayır

Türkiyə ölkəyə gələnləri koronavirusa görə sığortalayır

Hazırda oxunan: Türkiyə ölkəyə gələnləri koronavirusa görə sığortalayır

11818

Türkiyə pandemiya dövründə növbəti turizm sezonuna hazırlıq işlərinə start verib. Bu məqsədlə ölkənin bütün turizm mərkəzləri pandemiyada insanların sağlamlığının qorunması və keyfiyyətli xidmət göstərilməsi üçün hazırlığa gətirilir.

Ölkənin turistik bölgələrindəki xəstəxanalar və tibb müəssisələri turistlər üçün koronavirus sığortası hazırlayırlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı jurnalistlər Türkiyədə - pandemiya dövründə turizmi çözdülər - FOTO


Qardaş ölkəyə səfər edənlər qaldıqları günlərdə koronavirusa yoluxarlarsa, xəstəxana şəraitində ödənişsiz müalicə olunacaqlar.

Bunun üçün turistlər qalacaqları oteldə əvvəlcədən sığortalanmalıdırlar. Sığortası olanlar xəstəliyi yüngül keçirsə belə karantin müddətini oteldə əlavə ödəniş etmədən keçirə biləcəklər.

Turizmin inkişafı üçün əsas hədəf ölkəyə səfər edənlərin təhlükəsiz və sağlam dincəlmələridir.

Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin bildirdiyinə görə turistlərin ölkəyə təhlükəsiz axını və istirahəti üçün Səhiyyə Nazirliyi də aktiv fəaliyyətdədir.   

Agentlik qeyd edib ki, hazırda Türkiyənin 81 bölgəsində pandemiya xəstələri üçün ayrılmış 563 xüsusi xəstəxana fəaliyyət göstərir.  Bu xəstəxanalarda 165 min həkim fəaliyyətdədir. 

Ümumilikdə pandemiya dövründə Türkiyədə dünya standartlarına uyğun xəstəxanaların sayı 1524-dür. 

Alçina Amilqızı, Bizim.Media

Türkiyə, İstanbul şəhərindən.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO