Süni intellekt koronavirusdan ölüb ölməyəcəyinizi müəyyən edəcək

Süni intellekt koronavirusdan ölüb ölməyəcəyinizi müəyyən edəcək

Hazırda oxunan: Süni intellekt koronavirusdan ölüb ölməyəcəyinizi müəyyən edəcək

11812

Kopenhagen Universitetində aparılan bir araşdırmaya görə süni intellekt xəstəlik tarixçənizi və sağlamlıq məlumatlarınızı analiz edərək Covid-19-dan ölüb öləməyəcəyinizi yüzdə 90 dəqiqliklə təyin etmək imkanına malikdir.
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyi uşaqların peyvənd olunması ilə bağlı məlumatı təkzib etdi


Kopenhagen Universitetinin tədqiqatçıları, təxminən 4 min Danimarkalı Covid-19 xəstəsindən alınan məlumatlarla süni intellektin bir insanın koronavirusdan ölüb-ölmədiyini təyin edə biləcəyi qənaətinə gəliblər

Araşdırmada cinsiyyət, irsi xəstəliklər və yüksək qan təzyiqi kimi faktorların “yüksək risk qrupu”da olduğu ifadə edilib.

Əlavə olaraq, süni intellektin xüsusi süni nəfəs aparatlarına ehtiyacı olan xəstələri müəyyənləşdirməyə və peyvənd ardıcıllığını təyin etməyə kömək edə biləcəyi düşünülür.
Kopenhagen Universitetindən professor Dennis Nielsen, "İlk dalğada ağır xəstələr üçün kifayət qədər süni tənəffüs cihazımız olmadığından xəstəxanalara kömək edəcək modellər üzərində çalışmağa başladıq" deyə qeyd edib.

Tədqiqatçılar, epidemiyanın ilk dalğasından bəri insanların xəstəlik tarixi və sağlamlıq dəyərləri ilə əlaqədar Covid-19-dan nə qədər təsirlənəcəklərini təxmin edə biləcək kompüter modellərini inkişaf etdirməyə çalışdıqlarını qeyd ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO