Vladimir Putin – Qərb Rusiyanı MDB məkanından çıxarmaq istəyir

Vladimir Putin – Qərb Rusiyanı MDB məkanından çıxarmaq istəyir

Hazırda oxunan: Vladimir Putin – Qərb Rusiyanı MDB məkanından çıxarmaq istəyir

11798

Rusiyanın postsovet məkanında təsirlərinin güclənməsi onun rəqiblərində narahat edir.

Bizim.Media “Rossiya 24” telekanlına istinadən məlumat verir ki, bu sözləri prezident Vladimir Putin KİV rəhbərləri ilə görüşündəki çıxışı zamanı qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Azərbaycan əsilli iş adamını təltif etdi - FOTO


O, deyib ki, Rusiyanın rəqibləri “dünyada gərginliyin azaldılmasına dair danışıqlar” çərçivəsində Rusiyanı “ambisioz və hakimiyyətə həris adamların” köməyi ilə MDB məkanından sıxışdırıb çıxarmağa çalışacaqlar.

Bir sıra Rusiya KİV-lərinin redaktorları ilə görüşündə Vladimir Putin bildirib ki, Rusiyanın potensial rəqibləri çoxdandır “ambisioz və hakimiyyət hərisi adamları” öz maraqları üçün istifadə edirlər.

“Bizim təsirlərimiz postsovet məkanında, hər necə də olsa, artır. Bütün mürəkkəbliklərə baxmayaraq.

Axı Sovet İttifaqı dağılanda müstəqil dövlətlərin formalaşmasını bundan irəli gələn bütün nəticələri ilə birlikdə nəzərə almaq lazım idi. Lakin bununla belə son illərdə bizim burada təsirlərimiz, nüfuzumuz artır.

Bu bəzi ölkələrdə narahatlıq yaradır və bizi buradan itələyib çıxarmağa çalışırlar”, deyə, Putin qeyd edib.

Onun sözlərinə görə, “hakimiyyət hərisi adamları” şübhəsiz ki, bu məqsədlərlə istifadə edəcəklər.

Xatırladaq ki, bundan əvvəl oxşar bəyanatla Rusiya xarici işlər nazirinin müavini Aleksandr Ryabkov TASS-a müsahibəsində çıxış etmişdi.

Ryabkov Qərb MDB ölkələrində anti-Rusiya mövqeli adamları hakimiyyətə gətirməyə çalışdığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO