Bəhreyn kralı Rusiyaya səfər edəcək

Bəhreyn kralı Rusiyaya səfər edəcək

Hazırda oxunan: Bəhreyn kralı Rusiyaya səfər edəcək

117937
Bəhreyndə kralın fevral ayında Rusiya Federasiyasına səfərinin mümkünlüyü barədə məlumat yayılıb.

Moderator.az “ВзглÑx8fд”x9d-a istinadən xəbər verir.

Böyük ehtimala görə, Bəhreyn kralı Hamad bin İsa Əl Xəlifə fevral ayında Rusiya Federasiyasını ziyarət edəcək. Bu məlumatı Bəhreyndə keçirilən dördüncü beynəlxalq xa0“BIAS-2016”x9d aviasalonundakı sərgidə krallığin informasiya naziri İsa bin Əbdürrəhman əl-Hamadi bəyan edib.

Yanvar ayında Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, Bəhreynin İran ilə diplomatik əlaqələrinin kəsilməsini mühakimə edib.

16 dekabr 2015-ci il tarixində Rusiya Federasiyası və Bəhreyn XİN-nin rəhbərləri Sergey Lavrov və Xalid bin Əhməd Əl Xəlifə diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərə vizasız səyahətlər etmək üçün hökumətlərarası xa0anlaşma imzalayıb.

Həmçinin, krallığın XİN-in rəhbəri Xalid bin Əhməd Əl Xəlifə bəyan edib ki, Bəhreyn Moskvadan Fars körfəzi bölgəsində təhlükəsizlik konsepsiyaları barədə yeni təkliflər alıb.
Bundan əvvəl Bəhreyn kralı Rusiyaya 2014-cü ilin oktyabr ayında işgüzar səfərdə olub. O,Soçi şəhərində xa0“Formula-1”x9d yarışlarının rusiya mərhələsini ziyarət edib və Rusiyanın rəhbərləri ilə danışıqlar aparıb.

Tərcümə etdi: Ramil Həsənli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO