Rusiya XİN: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prioritetdir

Rusiya XİN: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prioritetdir

Hazırda oxunan: Rusiya XİN: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prioritetdir

117392

Bizi Cənubi Qafqaz respublikaları ilə ümumi tarix, mənəvi və mədəni yaxınlıq, xalqlar arasında möhkəm dostluq telləri bağlayır. Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, onun nəqliyyat, logistika, ticarət, investisiya, texnoloji imkanlarından qarşılıqlı faydalı istifadəsində maraqlıdır. Diplomatiyamızın məqsədi də məhz budur.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ötən ilin yekunları ilə bağlı nazir Sergey Lavrovun mətbuat konfransına KİV tərəfindən göndərilən suallara cavabda bildirilib.

Qeyd olunub ki, Rusiya regionda yığılıb qalmış münaqişə potensialının aradan qaldırılması üçün intensiv işləyir:

“Bu baxımdan prioritet vəzifələrdən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Münasibətlərin normallaşdırılmasının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatları təşkil edir. Əminik ki, prosesin uğuru bütünlüklə bu üçtərəfli razılaşmalara ciddi riayət olunmasından asılıdır”, - Rusiya XİN-in məlumatında qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO