Putinə xidmət edən helikopter qəzaya uğradı

Putinə xidmət edən helikopter qəzaya uğradı

Hazırda oxunan: Putinə xidmət edən helikopter qəzaya uğradı

117359

Ölkənin yüksək vəzifəli şəxslərini daşıyan “Rusiya” xüsusi təyinatlı dəstəsinin vertolyotu Moskvanın Vnukovo hava limanında havaya qalxmaq istəyərkən qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb.

Mənbə deyib ki, Mi-8 helikopterinin quyruq hissəsi yerə dəyib. Hadisə zamanı zərərçəkənlərin olduğu ehtimal edilir. Ancaq hava limanındakı mənbə itkilərin olmadığını bildirib. Prezident Aparatı da qurbanların olmadığını qeyd edib.
Prezident Administrasiyasının mətbuat katibi Yelena Krılovanın sözlərinə görə, helikopter havaya qalxmazdan əvvəl fırlanıb, quyruq hissəsi zədələnib.

O vurğulayıb ki, komandir “uçuş zamanı” nasazlıq hiss edib və helikopteri endirmək qərarına gəlib:

“Göyərtədə sərnişin olmayıb”.

“Rusiya” xüsusi təyinatlı dəstəsi prezidentin, hökumət üzvlərinin, parlament spikerlərinin və yüksək hakimiyyət orqanlarının digər nümayəndələrinin hava ilə daşınmasını təşkil edir. Helikopter Moskvanın Vnukovo hava limanında "Vnukovo-2" xüsusi dövlət terminalında yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO