Əfqanıstanda şaxtalı hava: 170 nəfər öldü

Əfqanıstanda şaxtalı hava: 170 nəfər öldü

Hazırda oxunan: Əfqanıstanda şaxtalı hava: 170 nəfər öldü

117317

Güclü qar və şaxta Əfqanıstanda uşaqlar və qadınlar da daxil olmaqla, 170 nəfərin həyatına son qoyub.

Bizim.Media “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə və Humanitar Məsələlər Nazirliyinin nümayəndəsi Şəfiulla Rəhimi bildirib.

Onun sözlərinə görə, son üç həftə ərzində ölkənin 34 əyalətindən 24-də mövcud olan şaxta və qar nəticəsində 170 nəfər, o cümlədən uşaqlar və qadınlar həlak olub, 30 nəfər xəsarət alıb.
Bildirilib ki, temperaturun aşağı düşməsi nəticəsində 150-dən çox yaşayış binası dağılıb, 80 min başdan çox mal-qara tələf olub.

Qeyd edək ki, Əfqanıstanda istilik sistemi mövcud deyil, insanlar isinmək üçün çox vaxt kömür, odun və ya maye qazdan istifadə edirlər. Bu da bir çox hallarda qaz və ya karbon oksidinin sızmasından insan ölümünə səbəb olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO