Rusiya MDB ölkələrini öz arxası ilə çəkib aparır

Rusiya MDB ölkələrini öz arxası ilə çəkib aparır

Hazırda oxunan: Rusiya MDB ölkələrini öz arxası ilə çəkib aparır

117164
MDB ölkələrində iqtisadi fəallıq 2015-ci ildə kəskin zəifləyib. O cümlədən bu vəziyyətin yaranmasına ticarət şərtlərinin pisləşməsi, xarici maliyyənin az əlçatanlığı, yüksək səviyyədə qeyri-müəyyənlik kimi faktorlar təsir edib.

Rusiyada istehsalın zəifləməsi bütün postsovet məkanına mənfi təsir göstərib.

Moderator.az xəbər verir ki, bu barədə BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və perspektivlər, 2016”x9d adlı yeni hesabatında deyilir.

Sənəddə bildirilir ki, MDB ölkələri və Gürcüstanın birlikdə ÜDM-ı 2015-ci ildə təqribən 3% azalıb. Yaxın illərdə inkişafın bərpa ediləcəyi, lakin o qədər yüksək olmayacağı gözlənilir. Ehtimal edilir ki, ÜDM 2016-cı ildə təxminən 0,7%, 2017-ci ildə isə 1,8% artacaq.

Ekspertlər qeyd edir ki, Rusiyada işsizlik artıb. Böhran səviyyəsi yüksək olaraq qalır, bu isə rublun məzənnəsinin kəskin düşməsi ilə şərtlənib.

Hesabat müəllifləri düşünür ki, 2016-cı ildə Rusiya Federasiyasının iqtisadiyyatını durğunluq gözləyir, 2017-ci ildə isə 1,2%-lik artım müşahidə olunacaq.

Ekspertlərin fikrincə, nisbətən mülayim vəziyyət Qafqaz, Mərkəzi Asiya regionunda müşahidə olunur.

Belə ki, Azərbaycan, Türkmənistan və Özbəkistanda dövlət investisiya proqramları sayəsində 2015-ci ildə iqtisadi artım müşahidə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO