UNİCEF Azərbaycanla bağlı yanlış məlumat yayıb – Təhsil eksperti ƏSASLANDIRDI

UNİCEF Azərbaycanla bağlı yanlış məlumat yayıb – Təhsil eksperti ƏSASLANDIRDI

Hazırda oxunan: UNİCEF Azərbaycanla bağlı yanlış məlumat yayıb – Təhsil eksperti ƏSASLANDIRDI

117147

Dünyanın ən təhsilli qadınların yaşadığı ölkə Kanadadır. Bu ölkədə yaşayan qadınların 50 faizinin təhsili orta ixtisas təhsilindən aşağı deyil. Kanadadan sonra İsrail gəlir. Burda qadınların 45 faizi, Yaponiya da isə 44 faizi təhsillidir. Maraqlıdır ki, Azərbaycanda bu göstərici cəmi 17 faizdir.

Bizim.Media xəbər verir ki, bu məlumat UNİCEF-in yaydığı son statistikada yer alıb.

Bu rəqəmlərin nə dərəcədə reallığı əks etdirdiyini öyrənmək məqsədi ilə təhsil üzrə ekspert Kamran Əsədovla əlaqə saxladıq.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, bu qadınların ali və orta ixtisas təhsilinə görə hazırlanmış bir statistikasıdır:

“Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu göstərici üzrə Azərbaycan ilk 10-da qərarlaşıb. Beləki, qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO