İtaliyada yeni hökumətin tərkibi açıqlandı

İtaliyada yeni hökumətin tərkibi açıqlandı

Hazırda oxunan: İtaliyada yeni hökumətin tərkibi açıqlandı

11702

İtaliyada yeni hökumətin qurulması mandatını alan Avropa Mərkəzi Bankının sabiq rəhbəri Mario Draqi ölkədəki aparıcı siyasi qüvvələrlə danışıqları başa vurub.

O, rəhbərlik edəcəyi yeni hökuməti rəsmən təqdim edib.

 

MÖVZU İLƏ BAĞLI:

İtaliyanın daha 4 bələdiyyəsi Azərbaycana dəstək oldu


Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, dövlət başçısı Sercio Mattarella ilə görüşdən sonra M.Draqi yeni hökumətdə vəzifə tutacaq nazirlərin adlarını açıqlayıb.

Yeni kabinetdə 15 siyasətçi və səkkiz ekspert yer alır. Fevralın 13-də yeni hökumətin andiçmə mərasimi keçiriləcək.

Gələn həftə isə M.Draqi parlamentin hər iki palatasında etimad votumunda iştirak etməlidir.

Parlamentdə əsas siyasi qüvvə olan “Beş ulduz hərəkatı“ partiyası M.Draqi hökumətini dəstəkləyəcəyini elan etdikdən və yeni hökumətdə nazir postları əldə etdikdən sonra, M.Draqinin parlamentdən lazımi etimadı alacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO