İŞİD Cihadi Conun ölümünü təsdiqlədi

İŞİD Cihadi Conun ölümünü təsdiqlədi

Hazırda oxunan: İŞİD Cihadi Conun ölümünü təsdiqlədi

117002
İŞİD Britaniya mənşəli terrorçu Cihadi Conun pilotsuz uçan aparatın zərbəsi ilə 2015-ci ilin noyabrında öldüyünü təsdiqləyib, Oxu.Az Lifenews-a istinadən xəbər verir.xa0

İŞİD-in yaraqlısı, əsl adı Mohammed Emvazi girovları bıçaqla qətlə yetirdiyi çarxların yayılmasından sonra cəllad kimi məşhur idi. Daha öncə ABŞ-da zərbə zamanı terrorçunun öldürüldüyü əminliklə bildirilmişdi.

Noyabrda Cihadi Conun məhv edilməsinə cəhd haqqında informasiyanı jurnalistlərə adının açıqlanmasını istəməyən ABŞ məmuru bildirmişdi.

O, əməliyyatda pilotsuz uçan aparatdan istifadə edildiyini bildirmişdi. Aparat vasitəsilə terroristin yerləşdiyi ehtimal edilən, yaraqlıların dövlətinin paytaxtı hesab edilən Rakkanın yaxınlığındakı əraziyə zərbələr endirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO