Yerin daxili nüvəsi əks istiqamətdə fırlanır

Yerin daxili nüvəsi əks istiqamətdə fırlanır

Hazırda oxunan: Yerin daxili nüvəsi əks istiqamətdə fırlanır

116722

Yerin daxili nüvəsi dayanıb, əks istiqamətdə fırlanır.

Bizim.Media "BBC"yə istinadən verir ki, bu barədə "Nature Geoscience" jurnalında araşdırma dərc olunub.

Belə ki, tədqiqatçılar Yerin daxili nüvəsinin Yerlə eyni istiqamətdə fırlanmasını dayandırdığını və hətta əks istiqamətdə fırlanmağa başladığını irəli sürüblər.

Səthdən təxminən 5000 km aşağıda yerləşən "planet daxilindəki planet" maye metal xarici nüvənin içərisində üzdüyü üçün müstəqil olaraq fırlana bilir. Daxili nüvənin fırlanması alimlər arasında mübahisə mövzusu olduğundan, son araşdırmaların elm aləmində mübahisə yaradacağı gözlənilir. Çünki daxili nüvə haqqında bilinənlər kifayət qədər məhduddur. Lakin zəlzələlər və ya bəzən nüvə partlayışları nəticəsində yaranan seysmik dalğalar Yerin ortasından keçərkən onların kiçik fərqlərini ölçməklə əldə edilir.

“Nature Geoscience” jurnalında dərc olunan tədqiqat daxili nüvənin hərəkətlərini izləmək üçün son altmış il ərzində baş verən zəlzələlərin seysmik dalğalarını təhlil edib.

Tədqiqatın müəllifləri, Pekin Universitetindən Xiaodong Song və Yi Yang, daxili nüvənin fırlanmasının "2009-cu ildə demək olar ki, dayandığını, sonra isə əks istiqamətə çevrildiyini" aşkar etdiklərini söylədi.

"Biz inanırıq ki, daxili nüvə Yer səthinə nisbətən "yelləncək" kimi irəli-geri fırlanır. Yelləncəyin bir dövrü təxminən 70 ildir və orta hesabla hər 35 ildən bir istiqamət dəyişir", - tədqiqatçılar AFP-yə bildiriblər.
Çin alimləri daxili nüvənin 1970-ci illərin əvvəllərində istiqamət dəyişdiyini və növbəti dəyişikliyin 2040-cı illərin ortalarında baş verəcəyini proqnozlaşdırdıqlarını qeyd etdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO