NATO ölkələrinin XİN başçıları bu tarixdə TOPLAŞACAQ 

NATO ölkələrinin XİN başçıları bu tarixdə TOPLAŞACAQ 

Hazırda oxunan: NATO ölkələrinin XİN başçıları bu tarixdə TOPLAŞACAQ 

116667

NATO ölkələrinin xarici işlər nazirləri Norveçdə keçiriləcək qeyri-rəsmi görüşdə bir araya gələcək. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı NATO rəsmiləri yayıb. 

İclasın 31 may-1 iyun tarixlərində paytaxt Osloda keçiriləcəyi qeyd olunub. 

NATO-nun Baş katibi Yens Stoltenberq mövzu ilə bağlı verdiyi şərhdə, “Norveçin təklifinə görə minnətdaram. Doğma şəhərimdə NATO xarici işlər nazirləri ilə görüşməyi səbirsizliklə gözləyirəm”, - deyib. 

Stoltenberq bildirib ki, görüşdə Ukraynadakı müharibə ilə dəyişmiş təhlükəsizlik vəziyyəti və Ukraynaya dəstək müzakirə olunacaq. 
Görüş həm də iyulun 11-12-də Litvada keçiriləcək NATO Liderlərinin Sammitinə hazırlıq xarakteri daşıyır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO