"ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Lin Treysi yanvarın sonuna qədər Moskvaya gələcək".
Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
"Təsdiq edə bilərəm ki, səfir Treysi Vaşinqtonda Rusiya səfiri Anatoli Antonov ilə görüşüb. Bu, onun həmkarı ilə müzakirələr aparmaq üçün bir fürsət idi. Biz səfir Treysinin yaxın günlərdə etimadnaməsini təqdim etmək üçün Rusiyaya səfər edəcəyini gözləyirik”, - deyə Prays əlavə edib.
Onun sözlərinə görə, Lin Treysi bu ayın sonunda iş başında olacaq. O, hazırda Vaşinqtonda məsləhətləşmələr aparır.
Bizim.Media