Çexiya Ukraynaya “Leopard 2” göndərə bilmir - SƏBƏB 

Çexiya Ukraynaya “Leopard 2” göndərə bilmir - SƏBƏB 

Hazırda oxunan: Çexiya Ukraynaya “Leopard 2” göndərə bilmir - SƏBƏB 

116485

“Çexiya Almaniyanın “dairəvi mübadilə” çərçivəsində rəsmi Praqaya təhvil verəcəyini vəd etdiyi “Leopard 2” döyüş tanklarından Ukraynanın xeyrinə imtina etmək niyyətində deyil”. 

Bizim.Media xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala Almaniya Kansleri Olaf Şolts ilə görüşdən sonra DPA agentliyinə müsahibəsində bildirib. 

“Hazırda “Leopard”ları Kiyevə göndərmək mümkün deyil, çünki bu tanklar bizim öz təhlükəsizliyimiz üçün lazımdır”, - deyə P.Fiala deyib. 

Qeyd edək ki, “dairəvi mübadilə” Şərqi Avropa ölkələrinin arsenallarındakı Sovet texnikalarını Ukraynaya verib, əvəzində Almaniya istehsalı olan texnikalar əldə etməsidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO