Çin İrandan qanunsuz olaraq böyük həcmdə neft almağa davam edərsə, ABŞ hakimiyyəti Pekinə təzyiqi artırmaq hüququnu özündə saxlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli bildirib ki, Çin və İran arasında ticarət əlaqələrinin genişləndirilməsi Vaşinqtonun respublikanın nüvə proqramını məhdudlaşdırmaq məqsədi ilə Tehrana qarşı yeni məhdudiyyətlər tətbiq etmək planlarına ziddir.
Qeyd edilib ki, ABŞ və İran arasında “Nüvə silahının yayılmaması haqqında” müqavilənin yenilənməsi ilə bağlı danışıqlar böyük ölçüdə uğursuzluqla nəticələnib:
“Bu səbəbdən belə vəziyyətdən ən çox ehtimal olunan çıxış yolu Tehrana sanksiya təzyiqlərini artırmaq olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:38 / 24.01.2023
ABŞ Çinə təzyiqi artırır – Səbəbkar isə İrandır
Hazırda oxunan: ABŞ Çinə təzyiqi artırır – Səbəbkar isə İrandır
Hazırda oxunan: ABŞ Çinə təzyiqi artırır – Səbəbkar isə İrandır
116477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.