Amerikalıların İran həbsxanasında olması tam biabırçılıqdır.
Moderator.az xəbər verir ki, amerikalı milyarder, prezidentliyə namizəd Donald Tramp bu fikri bu gün İran həbsxanalarından azad edilən amerikalı vətəndaşlar haqqında mövqeyini aşıqlayarkən deyib.
D. Tramp seçiciləri ilə görüşündə amerikalıların uzun müddət ərzində İranda həbsxanada yatmasını tam biabırçılıq adlandırıb:
“Düzdür, mən onların evə dönməsinə sevinirəm. Amma onu da əlavə etməliyəm ki, onların uzun müddət həbsdə qalmasına biabrıçılqıdan başqa ad vermək olmaz".
Respublikaçı prezidentliyə namizəd Marko Rubio da ABŞ - ın İranla məhbusların dəyişdirilməsi qərarını pisləyib və bunu qeyri - mümkün addım hesab edib. O deyib ki, ABŞ hər hansı digər ölkə ilə məhbusların əvəz edilməsinə getməməlidir".
































































































