Estoniya səfiri Rusiyadan qovuldu

Estoniya səfiri Rusiyadan qovuldu

Hazırda oxunan: Estoniya səfiri Rusiyadan qovuldu

116200

Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı endirir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Estoniyanın Rusiyadakı səfiri Marqus Laydre XİN-ə çağırılıb və ona Estoniya hakimiyyətinin atdığı addımlarla bağlı kəskin etiraz edilib. Həmçinin səfirə fevralın 7-dək ölkəni tərk etməsi barədə sənəd imzaladılıb.

Rusiya XİN-dən bildirilib ki, ikitərəfli münasibətlərin bu şəkildə inkişafı ilə bağlı bütün məsuliyyət Estoniyanın üzərinə düşür. Rusiya Federasiyası Estoniya rəhbərliyinin düşmən addımlarına cavab verməyə davam edəcək:

“Total rusofobiya, ölkəmizə qarşı düşmənçiliyin cücərdilməsi Tallin tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırılıb”.
Qeyd edək ki, Rusiya XİN buna səbəb kimi ölkənin Tallindəki səfirliyinin heyətinin ixtisarı barədə qərarı göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO