Səssiz kino ulduzu Çarli Çaplinin nəvəsi, 36 yaşlı ispan aktrisa Uona Çaplin Avatar 3-ün yaradıcı heyətinə qoşulacaq.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, filmin premyerası 2024-cü ilin dekabrına planlaşdırılıb.
"Avatar: Suyun Yolu" filminin prodüseri Con Landau jurnalistlərə Uona Çaplinin Ceyms Kemeron franşizasının üçüncü hissəsində iştirakı barədə danışıb.
“Screen Rant”a müsahibə verən prodüser məşhur aktyor sülaləsinin davamçısının ekranda cani obrazını yaradacağını bildirib.
Con Landaunun sözlərinə görə, Uona Çaplin Pandora planetinin yerli xalqları arasında Od qəbiləsinin başçısı Varanq obrazını canlandıracaq. Bu xarakter yerlilər arasında mənfi bir fiqurdur.
“Yaxşı insanlar var, pis insanlar var və eyni şey Na`vi xalqı üçün də keçərlidir”, - deyə Con Landau bildirib.
Uona Çaplin onlarla filmdə rol alıb. 2022-ci il dekabrın sonunda aktrisa Qərb filmlərində rus xalqı ilə bağlı stereotipli fikirlərin üstünlük təşkil etməsinə qarşı çıxış edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:37 / 20.01.2023
Çaplinin nəvəsi “Avatar”a ÇƏKİLƏCƏK
Hazırda oxunan: Çaplinin nəvəsi “Avatar”a ÇƏKİLƏCƏK
Hazırda oxunan: Çaplinin nəvəsi “Avatar”a ÇƏKİLƏCƏK
115763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.